Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində ötən ilin noyabrında keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun yüksək səviyyədə təşkilində yaxından köməklik göstərmiş könüllülərlə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Elnur Bağırlı könüllülərə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Eyni zamanda, cari ilin mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində Agentliyin təşkilatçılığı ilə baş tutacaq tədbirlərdə könüllülük fəaliyyəti üzrə iştirak imkanları və qeydiyyat prosesi barədə ətraflı məlumat verilib.
Görüşün sonunda fəaliyyəti ilə fərqlənən könüllülərə Agentlik adından təşəkkürnamələr təqdim olunub.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub