Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsində qeydə alınıb. “Niva” markalı avtomobillə “Kia” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərdən biri aşıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub