Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Su anbarı 7 min hektar sahənin su təminatı üçün inşa edilib. Anbarın ümumi su tutumu 23 milyon kubmetr, eni 1,5 kilometr, uzunluğu 2,5 kilometr, bəndin uzunluğu 940 metrdir. Su anbarının orta dərinliyi 13 metr, subarıxıcı qurğunun yanından isə 44 metr dərinlikdədir.
“İki sahil”in məlumatına görə, Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Hafiz Əzimzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, su anbarı Prezidentin Sərəncamı ilə 2022-2023-cü illərdə əsaslı təmir olunub.
Əsaslı təmir işləri çərçivəsində 940 metr uzunluğunda bənd beton üzlüyə alınıb, suburaxıcı qapı yenidən düzəldilib və qəza sutullayıcı qurğu təmir edilib. Texniki sxemlə Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 7 kilometr hissəsi də üzərində olan hidrotexniki qurğularla birlikdə təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib.
Hazırda su anbarında 12 milyon kubmetr su vardır. Su anbarından bağların və taxıl əkinlərinin suvarılmasında istifadə olunur.
İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əməkdaşlıq üzrə Tədbirlər Planı imzalanıb