Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən “brend marka” adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orijinal olmadığı ortaya çıxıb. Bu yolla vətəndaşın 5200 manatı ələ keçirilib. Polis əməkdaşları qeyd olunan əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.İsmayılovu saxlayıblar.
Rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində isə talama cinayətinin qarşısı alınıb. Müştərinin mağazadan oğurluq etməyə cəhd göstərməsindən şübhələnən satıcılar dərhal polisə məlumat veriblər və şübhəli bilinən 42 yaşlı A. Abışova saxlanılıb.
Araşdırmalar aparılır.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub