Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin inzibati binasında seçicilərlə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib və qeydə alınıb,aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər.
Görüşdə Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədr müavini Osman Qasımov iştirak edib.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub