14 yanvar 2026 16:38
166

Şəfalı notlar...

Daim inikişaf edən dünya dinamikasının ən sadiq yol yoldaşı, musiqiləridir. İnsanların müxtəlif emosional vəziyyətlərinin tərcümanı olan musiqilərin, mövcudluq əsası isə hazırda, daha güclüdür. Xoş səslərin məcmusu olub, asudə vaxtlarımızın səmərəli istifadəsinə kömək etməkdən əlavə, sirli və ən universal dil hesab olunur.

İnsanların təbiətinin ritminə əsaslanıb, onu zənginləşdirib sənət səviyyəsinə yüksəltdikləri musiqilərin, xaosun içindəki nizam adlandırılması heç də təsadüf deyil. Real nümunəsi də insanlardır. Fikirlər dağınıq olanda, adı bilinməyən hisslər keçirəndə, bütün daxili narahatlıqlarımız sanki bir melodiya ilə sakitləşir. Düşüncələrin rahatlıq vermədiyi yerdə, musiqi xilaskara çevrilir. Hansı ki, insanlar bunu hiss edir. Çoxları isə bunun elmi əsaslarından xəbərsizdirlər. Beyində dopamin və endorfin ifrazının stimullaşdırılması ilə bədəndə ağrını azaldıb, stressi yox edir, qərarvermə və öyrənmə prosesini sürətləndirir. Bununla da, yalnız ruhun deyil, beynin də qidasına çevrilir.

Stenford Universitetinin tədqiqatçıları, neyrpsixiatrik xəstəliklərin müalicəsində effektiv olduğunu bildiriblər. Onlar musiqi ilə beynin idarə edilməsinin və hərəkətə gətirilməsinin mümkünlüyünü açıqlayıblar. Rəqəmsallaşan dünyanın, insan beyninə təsirləri də göz önündədir. Artıq düşünmənin belə rəqəmsallaşması, beyinin fəaliyyətini zəiflədir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Belə olan halda bəşəriyyət tarixinin ən zəngin mirası, muqisilər yaranan mənfi təsirlərin azalmasına hətta müalicəsinə belə yardımçı ola bilər.

Musiqini duymaq, hiss etmək dərman kimidir. Təbiətdən yaranıb, bəşəriyyətdə zənginləşib, ruha qarışıb. Hazırki dövrdə ən çox stress yaradan, insanları aqressivləşdirən nədir? Dinlənilməmək. Bircə kəlmə. Sağlamlıq ruhumuzdan başlayır, bəlkə də, sağalda bilsin deyə musiqilərin də dinlənilməyə ehtiyacı var.

Nuray Səxavət,
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisasının 4-cü kurs tələbəsi