Rusiya ABŞ tərəfinin Ukrayna məsələsi üzrə Parisdə keçirilən görüşün nəticələri ilə bağlı məlumat verməsində maraqlıdır.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, söhbət Avropa ölkələrindən ibarət “istəklilər koalisiyası”, ABŞ və Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutan danışıqlardan gedir. Lavrov qeyd edib ki, əgər ABŞ tərəfi bu görüşlə bağlı öz təəssüratlarını və nəticələrini Rusiya ilə bölüşməkdə maraqlıdırsa, Moskva üçün bu məlumatlar əhəmiyyət kəsb edir.
“Əgər amerikalı həmkarlarımız bizi öz təəssüratları barədə məlumatlandırmaq istəyirlərsə, əlbəttə ki, bu, bizim üçün maraqlıdır”, - deyə Rusiya XİN rəhbəri vurğulayıb.
Bundan əvvəl Bloomberg nəşri yazmışdı ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırırlar. Məlumata görə, səfər çərçivəsində onların Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur.
Finlandiyada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək