14 yanvar 2026 15:08
102

Finlandiyada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək

Finlandiya hökuməti 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan etməyə hazırlaşır.

"İki sahil" AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Baş nazir Petteri Orpo deyib. “Uşaqların və gənclərin hərəkətsizliyi çox narahatedicidir. Mən buna çox ciddi yanaşıram”, - deyə o bildirib.

Orpo vurğulayıb ki, ekran qarşısında vaxt keçirmək uşaqları fiziki fəaliyyətdən məhrum edir və bu da onların sağlamlığına mənfi təsir göstərir. Baş nazirin sözlərinə görə, ictimai sağlamlığın yaxşılaşdırılması şəxsi rifahla yanaşı, milli iqtisadiyyatı da gücləndirir. O, fikrini Finlandiya alimlərinin fiziki hərəkətsizliyin cəmiyyətə ildə 3 milyard avroya başa gəldiyini göstərən bir araşdırması ilə əsaslandırıb.

Baş nazir sosial mediadan istifadəyə məhdudiyyətlərlə bağlı beynəlxalq təcrübəyə istinad edərək vurğulayıb ki, Danimarka, Fransa və Norveç artıq oxşar qadağalar tətbiq edib, ya da bunu etməyi planlaşdırır.