İsrail və bir sıra ərəb ölkələri son günlərdə ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edərək İrana hələlik zərbə endirməməyə çağırış edib.
“İki sahil” xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ölkələrin nümayəndələri Tramp administrasiyasını İranın hələ o qədər də zəifləmədiyini və ABŞ zərbələrinin hakimiyyətin devrilməsi üçün həlledici əhəmiyyət daşımayacağına inandırmağa çalışırlar.
Ağ Evin nümayəndələri bildiriblər ki, Tramp bir neçə mümkün fəaliyyət variantını nəzərdən keçirir. Trampın milli təhlükəsizlik məsələləri üzrə komandasının üzvləri bu gün səhər İranla bağlı müşavirə keçiriblər.
Müşavirədə Prezident iştirak etməyib.
Ərəb ölkələrinin rəsmilərindən birinin sözlərinə görə, hələlik İranla qonşu ölkələr ABŞ-nin zərbələri ilə bağlı "ruh yüksəkliyi nümayiş etdirmir". Digər rəsmi isə "İsrail və ya ABŞ tərəfindən hər hansı bir hücumun və ya eskalasiyanın iranlıları birləşdirəcəyindən" narahatlığını ifadə edib. O xatırladıb ki, iyun hücumlarından sonra İranda "bayrağın ətrafında birləşmə" effekti müşahidə olunub.
İsrail rəsmiləri Tramp administrasiyasına bildiriblər ki, İranda rejimin dəyişdirilməsini və ABŞ-nin bu istiqamətdəki səylərini tam dəstəkləsələr də, xarici hərbi müdaxilənin etirazçıların başladıqları işi bitirməsinə mane olacağından narahatdırlar.
Finlandiyada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan ediləcək