İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı və bir sıra ölkələrin suveren ərazimizdən kənarda silahların yerləşdirilməsi ilə bağlı narahatlığı beynəlxalq silah bazarına çıxışımıza maneə yaradırdı.
“İki sahil” "İnterfaks"a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
"Qlobal müdafiə silahları bazarı Ermənistan üçün 2022-ci ildən sonra (Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması) açılıb. Bu Ermənistanın silahları öz suveren ərazisindən kənarda yerləşdirə biləcəyi ilə bağlı narahatlıqların aradan qalxdığı aydın olduqdan sonra baş verib", - N.Paşinyan ABŞ və Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, KTMT ilə bağlı ikinci bir nüans da var.