Fransa Qrenlandiyada konsulluq açmaq niyyətindədir.
"İki sahil" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro RTL radiostansiyasına müsahibəsində bildirib.
Səfirliyin rəsmi açılışı fevralın 6-na planlaşdırılır.
Barronun sözlərinə görə, konsulluğun açılışına hazırlıq ötən ildən - ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində ABŞ nəzarətinin qurulması mümkünlüyü barədə ilk bəyanatlarından sonra aparılır.
Fransanın xarici işlər naziri ABŞ-ni Qrenlandiyaya təzyiqi dayandırmağa və təhdidlərdən çəkinməyə çağırıb. Barro həmçinin vurğulayıb ki, "Qrenlandiya satılmır".
"Qrenlandiya ABŞ-nin ona sahib olmasını, idarə etməsini və ya Birləşmiş Ştatlara inteqrasiya olunmağı istəmir. Qrenlandiya Danimarka, NATO və Avropa İttifaqının xeyrinə seçim edib", - nazir bildirib.