Bakıda gecədən səhərə kimi davam edən güclü külək nəticəsində altı ağac aşıb, üç ağacın budaqları qırılıb.
“İki sahil” xəbər verir ki, güclü küləyə görə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin "Qaynar xətt"inə doqquz müraciət daxil olub.
Müraciətlər Xətai, Nizami və Binəqədi rayonlarını əhatə edib.
Birliyin əməkdaşları aşmış ağacları götürərək ərazini təmizləyiblər.
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub