14 yanvar 2026 12:08
98

Mirzoyan Ermənistanın TRIPP layihəsinə töhfəsindən danışıb

Ermənistanın "TRIPP Development Company" (Tramp marşrutunun operatoru) birgə şirkətinə töhfəsi əsasən tikinti hüquqları və infrastrukturun istifadəsi ilə bağlıdır.

“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşünü şərh edərkən bildirib.

Görüş zamanı onlar iki ölkə arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə çərçivə sazişi haqqında birgə bəyannaməni təsdiqləyiblər.