14 yanvar 2026 11:51
81

Qəzzada qasırğa 4 nəfərin ölümünə səbəb olub

Qəzzada güclü qasırğa nəticəsində fələstinlilərin yaşadığı çadırlara bitişik divarın uçması səbəbindən dörd nəfər həlak olub, bir uşaq isə soyuq hava şəraitindən həyatını itirib.

“İki sahil” xəbər verir ki, bu barədə “The Guardian“ nəşri məlumat yayıb.

Rəsmilərin bildirdiyinə görə, ölən beş nəfərdən ikisi uşaqdır. Oktyabr ayından etibarən atəşkəs qüvvədə olsa da, Qəzzada yaşayan fələstinlilərin böyük əksəriyyəti qış aylarında tez-tez müşahidə olunan güclü qasırğalara davam gətirə biləcək lazımi sığınacaqla təmin olunmayıb.