14 yanvar 2026 11:19
87

Sumqayıtda qanunsuz silah-sursat aşkar edilib

"Sumqayıtçay" yaşayış massivi ərazisində 16 kalibirli "İJ-17" markalı qoşa lüləli ov tüfəngi tapılıb.

“İki sahil” xəbər verir ki, bundan başqa, 18-ci məhəllə ərazisində üzərində nömrəsi silinmiş "İJ-17" markalı tək lüləli ov tüfəngi də aşkarlanıb.

Polis əməkdaşları tərəfindən bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.