Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər görür.
“İki sahil” xəbər verir ki, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.
Bundan başqa Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb. Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.
Quba-Qusar və Qusar-Şahdağ avtomobil yollarında qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir. Qeyd olunan yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilib.
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib
Azərbaycan XİN Meksika və Papua Yeni Qvineyanı milli günləri münasibətilə təbrik edib
Lökbatan qəsəbəsində şəhid Quliyev Fərid Vahid oğlunun ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO