2025-ci il Azərbaycanda sosial məsələlər üçün əlamətdar il kimi qeyd edilə bilər.
“İki sahil” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-də "Hədəf" verilişində deyib.
Onun sözlərinə görə, 2019-2025-ci illər ərzində icra olunan 5 islahat paketi 4 milyon vətəndaşı əhatə edib:
"5-ci sosial islahat zərfinin icrası təmin edilib. 2025-ci ildə sosial məsələlərə 1 milyon 400 manat əlavə vəsait cəlb olunub".
Nazir əlavə edib ki, Azərbaycanda geniş sığorta pensiya sistemi fəaliyyət göstərir:
"Bu çərçivədə minimum pensiyaların məbləği 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb. Həmçinin 1,1 milyon pensiyaçıya 8,1 faiz həcmində artımlarla ödənişlər davam edib. Ötən il pensiya kapitalının indeksasiyası 2,2 faiz həcmində tətbiq edilib. Həmçinin sosial müavinət və təqaüdlər iyulun 1-dən artıb. Bu artımlar 700 minə yaxın şəxsə şamil olunub".
Ümumi təhsil müəssisələrinin 2026-2027-ci tədris ili üçün tədris planları təsdiqlənib
Azərbaycan XİN Meksika və Papua Yeni Qvineyanı milli günləri münasibətilə təbrik edib
Lökbatan qəsəbəsində şəhid Quliyev Fərid Vahid oğlunun ildönümü ilə əlaqədar anım mərasimi keçirilib
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO