İspaniyanın "Barselona" klubu portuqaliyalı müdafiəçi Joau Kanselunu heyətinə qatdığını rəsmən elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Kataloniya təmsilçisi 31 yaşlı futbolçunu cari mövsümün sonuna qədər icarəyə götürüb. Müqavilənin maliyyə detalları açıqlanmır. Kanselunun tam müqaviləsi hələ də Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna məxsusdur.
2024-cü ilin yayından Səudiyyə klubunda çıxış edən Joau Kanselu daha əvvəl də "Barselona"da forma geyinib.
Qeyd edək ki, müdafiəçi cari mövsümdə "Əl-Hilal"ın heyətində bütün turnirlərdə altı oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı portuqaliyalı oyunçunun bazar dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.