İsrail hərbçiləri İrandakı etirazlar fonunda hər hansı gözlənilməz ssenarilərə qarşı daim hazırdır.
“İki sahil” xəbər verir ki, bunu İsrail Ordusunun nümayəndəsi, briqada generalı Efi Defrin "X" sosial şəbəkəsində yazıb.
"İsrail Ordusu müdafiəyə hazırdır və gözlənilməz ssenarilərə qarşı hazır vəziyyətdədir", - o qeyd edib. General İrandakı etirazları İslam Respublikasının daxili məsələsi hesab edir.
Eyni zamanda, o, ictimaiyyəti təsdiqlənməmiş məlumat mənbələrinə etibar etməməyə çağırıb. "Son günlər İrandakı vəziyyətlə bağlı bir çox şayiələr yayılıb. Biz vəziyyəti müntəzəm olaraq qiymətləndirməyə davam edirik və hər hansı dəyişiklik baş versə, sizi məlumatlandıracağıq. Vurğulayıram: şayiələrə aldanmayın", - Defrin qeyd edib.