"Avropa və ABŞ arasında xarici və təhlükəsizlik siyasətimizin həmişə ayrılmaz hissəsi olmuş transatlantik münasibətlər pozulma mərhələsindədir".
“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl "Die Zeit" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-ın aqressiv hərəkətlərinə cavab olaraq, Aİ müstəqil və sərbəst hərəkət etmək üçün öz imkanlarını sürətləndirilmiş templə artırmalıdır.
Klinqbayl vurğulayıb ki, Avropa suverenliyinin gücləndirilməsinin hazırkı tempi yetərsizdir.
Nepalda dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 403 nəfərə çatıb