ABŞ-ın Ohayo Ştat Universitetinin alimləri 66 min nəfərin əhali qeydiyyat məlumatlarını təhlil edərək, insanın uzun ömür yaşaması ilə su hövzələrinə yaxınlıq arasındakı əlaqəni araşdırıblar. Araşdırmanın nəticələri göstərib ki, dəniz sahillərinə yaxın ərazilərdə yaşayan insanlar orta hesabla bir il daha uzun ömür sürür. Şəhər mühitində yaşayanların isə həyat müddətinin nisbətən daha qısa olduğu müəyyən edilib.
Mütəxəssislər bu fərqi bir neçə amillə izah edirlər. Onların qənaətinə görə, sahilyanı bölgələrdə həddindən artıq isti və ya soyuq günlərin daha az olması, havanın keyfiyyətinin yüksəkliyi, fiziki fəallıq imkanlarının genişliyi və ümumilikdə daha əlverişli yaşayış şəraitinin mövcudluğu insanın ömrünün uzanmasına müsbət təsir göstərən əsas səbəblər sırasında yer alır.
Şahnigar Əhmədova, “İki sahil”