Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması təlim-məşq toplanışına start verib.
“İki sahil” xəbər verir ki, 2026-cı ilin ilk məşqləri Mərdəkanda yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutur.
Rəşad Eyubovun baş məşqçisi olduğu komanda hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. U-21-in yanvarın 16-da "Səbail", 17-də isə "Şamaxı" ilə qarşılaşması planlaşdırılır.
Qeyd edək ki, təlim-məşq toplanışı yanvarın 17-dək davam edəcək.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB