İngiltərənin "Mançester Yunayted" klubunun sabiq yarımmüdafiəçisi Maykl Kerrikin yaxın vaxtlarda komandanın baş məşqçisi təyin olunacağı gözlənilir.
"İki sahil" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat paylaşıb.
Klubun rəhbərliyi və "INEOS" şirkəti ilə uğurlu danışıqlar aparan M.Kerrik hazırda bu vəzifəyə əsas namizəddir. O, bu postda hazırda baş məşqçi vəzifəsini müvəqqəti icra edən Darren Fletçeri əvəzləyə bilər. Yeni təyinatın bu həftə ərzində rəsmən elan olunacağı gözlənilir.
Namizədlər arasında adı hallanan digər mütəxəssis isə komandanın sabiq çalışdırıcısı Ule Qunnar Sulşerdir.
Qeyd edək ki, "Mançester Yunayted" yanvarın 5-də Ruben Amorimin baş məşqçi postundan ayrıldığını açıqlayıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB