Azərbaycanı fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə təmsil edən Samanta Ritter və Daniel Brikalov cütlüyü Bolqarıstanda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar.
"İki sahil" Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, idmançılar Sofiya şəhərində təşkil olunan "Sofia Trophy" yarışında uğurla çıxış ediblər.
Turnirin nəticələrinə əsasən, cütlük 11 iştirakçı arasında 171.75 xal toplayaraq 3-cü yerdə qərarlaşıblar.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB