11 yanvar 2026 11:39
145

Bu sosial şəbəkəyə haker hücumu olub - Ehtiyyatlı olmaq lazımdır

Hakerlər "Instagram" sosial şəbəkəsinə kiberhücum həyata keçiriblər.

“İki sahil” xəbər verir ki, 17.5 milyon istifadəçinin məlumatlarının təhlükə altında olduğu bildirilib.

Qeyd olunub ki, bu məlumatlar hesabların ələ keçirilməsi üçün istifadə edilə bilər. Buna görə də istifadəçilərdən ikifaktorlu identifikasiyanı aktivləşdirmələri və mesajlarında diqqətli olmaları xahiş olunur.