Zaqatala-Qax avtomobil yolunda 1 nəfərin ölümü, 1-nin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, Zaqatala rayonunun Yeni Suvagil kəndi ərazisində “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
İlkin məlumatlara görə, qəza havanın dumanlı olması səbəbindən baş verib.
Rektor: İşğal dövründə dağıdılan tarixi-dini abidələr dövlət tərəfindən qorunan irs siyahısına daxil edilir
Hər zaman əl altında: rəqəmsal gigiyenaya kompüterlə müqayisədə smartfonda daha çox önəm verilir
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir