İranda baş verən son etiraz aksiyaları zamanı ölkənin Konstitusiya Mühafizəçiləri Şurasının müşahidəçisi öldürülüb.
“İki sahil”in yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Konstitusiya Mühafizəçiləri Şurasının rəsmi nümayəndəsi Hadi Tahan Nazif şuranın mətbuat konfransında çıxışı zamanı məlumat verib.
Hadi Tahan Nazif müşahidəçinin Qəzvin şəhərində həlak olduğunu bildirib və onun ailəsinə başsağlığı verib.
O, həmçinin son iğtişaşları pisləyərək bu hadisələrdə gizli qüvvələrin əlinin olduğunu iddia edib.
Dövlət Vergi Xidmətində Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə görüş keçirilib
Lerikdə polis hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə fəaliyyət göstərir