İtaliya A Seriyasında XIX turun daha 5 oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, çempionluğa iddialı "İnter" səfərdə "Parma"nı, "Atalanta" isə "Bolonya"nı 2 cavabsız qolla məğlub edib.
"Latsio" -"Fiorentina" və "Napoli" - "Verona" matçlarında qalib müəyyənləşməyib - 2:2. "Udineze" isə qonaq olduğu görüşdə "Torino" üzərində 2:1 hesablı qələbə qazanıb.
Tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq.
Qeyd edək ki, hazırda A Seriyasında turnir cədvəlinə 42 xalla "İnter" başçılıq edir. Hərəyə 38 xalı olan "Milan" və "Napoli" isə 2-3-cü yerləri bölüşdürür.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar