"Beşiktaş" klubu təcrübəli müdafiəçisi Qabriel Paulista ilə yollarını ayırmağa hazırlaşır.
“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçu Antalyada keçirilən təlim-məşq toplanışını yarımçıq qoyaraq komandanın düşərgəsini tərk edib.
Məlumata görə, buna futbolçunun valideynlərinin səhhətinin pisləşməsi səbəb olub. "Qara qartallar"ın yaydığı rəsmi açıqlamada futbolçunun bu istəyinin anlayışla qarşılandığı qeyd olunub.
Qeyd edək ki, 35 yaşlı müdafiəçi 2024-cü ilin yayında "Atletiko"dan ayrıldıqdan sonra "Beşiktaş"a azad agent kimi qoşulub. O, "ağ-qaralar"ın heyətində ümumilikdə 45 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar