"Adidas" şirkəti UEFA Çempionlar Liqasının pley-off mərhələlərində iştirak edən komandalar üçün rəsmi oyun topunu təqdim edib.
“İki sahil” championat.com-a istinadən xəbər verir ki, top ənənəvi ulduzlu naxışa malikdir.
"Adidas" bu il turnirin rəsmi oyun topu təchizatçısı kimi UEFA ilə tərəfdaşlığının 25-ci ildönümünü qeyd edir. Bu səbəbdən də top üçün gümüş rəng seçilib.
Yeni oyun topunun dizaynı 2000/2001 mövsümündəki sələfindən ilhamlanıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar