06 yanvar 2026 09:21
181

Yüksək Liqa: Yeni ilin ilk oyunları olacaq

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk qarşılaşmaları keçiriləcək.

“İki sahil” xəbər verir ki, kişi voleybolçuların yarışında VIII turun iki görüşü baş tutacaq.

Saat 16:00-da "Neftçi" "Gənclər"lə, 18:00-da isə "Ordu" "Murov Az Terminal"la üz üzə gələcək.

Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qadınlar arasında isə VI turdan təxirə düşən "Murov Az Terminal" - "Abşeron" matçı gerçəkləşəcək. Görüş "Murov Az Terminal"ın idman zalında, saat 17:00-da başlayacaq.