Müğənni Azad Şabanov yeni klip və mahnı təqdim edib.
“İki sahil”in məlumatına görə, “Heç olmasa” adlanan yeni layihə sənətçinin doğum günündə işıq üzü görüb. Mahnının sözləri Həsən Babayev, musiqisi Camal Qurbanova məxsusdur. Nəğmənin aranjımanını Emin Kərim edib. Klipin rejissoru Fərhad Əlidir. Rənglənmə isə Murad Muradova aiddir.
Yeni layihəni ifaçı şəxsi “İnstagram” hesabında paylaşaraq “35 yaşımda “Heç olmasa” mahnısını özümə hədiyyə etdim. Sevirəm hər birinizi” sözlərini qeyd edib.
Mahnı və klip müğənnin rəsmi “Youtube” kanalında və mütün musiqi platformalarında yayımlanıb.
Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub
Leyla Əliyeva Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalından videogörüntü paylaşıb
Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib