03 yanvar 2026 17:53
224

"Sumqayıt" qış hazırlıq planı üçün Türkiyəyə yollandı

"Sumqayıt" klubu qış hazırlıq planı üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.

“İki sahil” xəbər verir ki, baş məşqçi Saşa İliçin rəhbərlik etdiyi komanda yanvarın 3-17-si aralığında Antalyanın Lara bölgəsində hazırlıq prosesi keçəcək.

Klub toplanış müddətində 3 yoxlama oyununda iştirak edəcək.

Premyer Liqa təmsilçisi yanvarın 9-da Macarıstanın “Pakş”, 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək.