03 yanvar 2026 16:04
377

Türkiyədə qaynar su havada donur - FOTO/VİDEO

Ərzurumda (Türkiyə) temperaturun soyuması ilə sosial mediada yeni bir trend ortaya çıxıb.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, insanlar evlərindən qaynar su götürüb küçələrə çıxırlar və suyu havaya səpərkən vizual görüntünü qeydə alırlar. Bu gözəl görüntülər sosial mediada yayılıb.

Uzundere rayonunda termometrlər mənfi 25 dərəcə göstərirdi. Ərzurumun bəzi rayonlarında havanın temperaturu mənfi 35 dərəcəyə qədər düşərək həyatı dayandırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”