03 yanvar 2026 14:25
208

“Sabah” Umarali Rahmonalievi birdəfəlik transfer edir

“Sabah” klubu “Rubin”in yarımmüdafiəçisi Umarali Rahmonalievin transfer hüquqlarını rəsmiləşdirir.

“İki sahil” xəbər verir ki, bu barədə “Sport-Ekspress” məlumat yayıb. Beləliklə, o, birdəfəlik “Sabah”ın oyunçusu olacaq.

22 yaşlı özbək futbolçu əvvəlcə Azərbaycan klubunda icarə əsasında çıxış edirdi.

2025-ci ildə Rahmonaliev “Sabah”ın heyətində 36 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Futbolçunun Kazan klubuyla müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalı onun qiymətini 800 min avro qiymətləndirir.