Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 118,852 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur.
Hesabat dövründə Azərbaycandan 58,581 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 11,9 % çoxdur.
Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,56 %-ni, ixrac isə ümumi ixracın 0,25 %-ni təşkil edib.
Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,4 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.
Son nəticədə xarici ticarətdə 2 milyard 213 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,5 dəfə azdır.
Topdansatış internet xidmətləri və ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma şərtləri müzakirə edilib
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Göyçayda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib