02 yanvar 2026 16:12
533

"Neftçi" Misir, Qazaxıstan və Çin komandaları ilə yoxlama oyunları keçirəcək

"Neftçi" futbol komandası Misir, Qazaxıstan və Çin təmsilçiləri ilə yoxlama oyunları keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Bakı klubu yanvarın 4-dən 17-dək BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təlim-məşq toplanışı keçəcək.

Ayın 5-də ilk məşqə çıxacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. "Neftçi" yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) klubları ilə qarşılaşacaq. Matçların başlanma saatı ilə bağlı məlumat daha sonra veriləcək.