2025-ci ilin ilk yanvar-noyabr aylarında Azərbaycanda 286 min ton bentonit istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28 % çoxdur.
Ötən il dekabr ayının 1-nə, ölkədə 248 min ton hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfə çoxdur.