31 dekabr 2025 16:42
121

"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir

"Roma" klubu qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi "Cenoa"nın formasını geyinən Morten Frendrupu icarəyə götürməyi hədəfləyir. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir. Sövdələşməyə "canavarlar"ın 21 yaşlı gənc yarımmüdafiəçisi Nikkolo Pisillinin də daxil edilməsi ehtimalı var.

Qeyd edək ki, futbolçu 2025/26 mövsümündə keçirdiyi 19 oyunda 1 qolla yadda qalıb. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.