Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin payız sessiyası üzrə son plenar iclasında çıxış edib.
Sədr bildirib ki, sabah xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, daha sonra Yeni ili qeyd edəcək.
Sahibə Qafarova təklif edib ki, Pezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın.
Spikerin təklifi alqışlarla qarşılanıb.
Anım Günü münasibətilə Sarayevodakı Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib