29 dekabr 2025 15:22
85

Azərbaycan idmançısı iki il müddətinə diskvalifikasiya edilib

Azərbaycanın qol güləşi üzrə idmançısı Təbriz Səfərov diskvalifikasiya edilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Milli Antidopinq Agentliyindən bildirilib ki, idmançının dopinq testində qadağan edilmiş maddənin mövcudluğu və istifadəsi aşkarlanıb.

O, antidopinq qaydalarını pozduğuna görə 24 ay müddətinə diskvalifikasiya olunub.