29 dekabr 2025 09:57
91

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi heyətini yeni futbolçu ilə gücləndirib

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Ayntraxt” heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, Frankfurt təmsilçisi “Elversberq”dən Yunus Ebnutalibi transfer edib. 22 yaşlı hücumçu bu mövsüm 2-ci Bundesliqada 16 oyunda 13 qol vurub.

Qeyd ed'ək ki, “Qarabağ” – “Ayntraxt” oyunu yanvarın 21-də Bakıda keçiriləcək.