Niderland millisinin keçmiş futbolçusu Yohan Kroyfun oğlu Yordi Kroyf "Ayaks"da çalışacaq.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, texniki direktor vəzifəsinə təyin olunub. 51 yaşlı Y.Kroyf 2026-cı ilin fevralında işə başlayacaq. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Yordi Kroyf bu ildən İndoneziya millisinin strateji məsləhətçisi kimi fəaliyyət göstərirdi. O, daha əvvəl "Şençjen", "Çunqin Lifan", Ekvador millisi və İsrailin "Makkabi" (Təl-Əviv) klubunda, həmçinin "Barselona"da işləyib.
2026-cı il üçün idmanda həm real, həm də maksimal hədəflərimiz var - Fərid Qayıbov
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi heyətini yeni futbolçu ilə gücləndirib