"Aston Villa" İngiltərə futbol çempionatının 18-ci turunda səfərdə "Çelsi" üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.
“İki sahil” xəbər verir ki, qalib komandanın bütün qollarını Ollie Uatkins vurub (63 və 84-cü dəqiqələr), məğlub tərəfdən isə Joao Pedro fərqlənib (37-ci dəqiqə). "Aston Villa" bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini əldə edib. Birminqem təmsilçisi İngiltərə çempionatında 8, Avropa Liqasında isə 3 oyun qazanıb.
Turnir cədvəlində "Aston Villa" 39 xalla 3-cü yerdə qərarlaşıb. "Çelsi" isə 29 xalla 5-ci pillədədir.
Növbəti turda "Aston Villa" səfərdə çempionatın lideri "Arsenal"la (42 xal) qarşılaşacaq, "Çelsi" isə "Bournemouth"u qəbul edəcək. Hər iki oyun 30 dekabrda keçiriləcək.
14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyində fərdi mübarizələr başa çatıb