Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert Salonunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında növbəti dəfə Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettasının tamaşası keçirilib.
“İki sahil” xəbər verir ki, Akademiyadan bildirilib ki, tamaşada əsas rolları Fəhmin Əhmədli (Əsgər), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Tural Ağasıyev (Süleyman), Xalq artisti Gülyaz Məmmədova (Telli), Günel Hacıyeva (Gülçöhrə), Aysel İbrahimova (Asya), Xalq artisti Gülüstan Əliyeva (Cahan xala) və Sadiq Məlikov (Vəli) ifa ediblər.
Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, baletmeysteri Xalq artisti Mədinə Əliyevadır.
Daşkənddə "Mədəniyyət gücümüzdür - həmrəylik birliyimizdir" adlı bayram tədbiri keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında uşaqlar üçün Yeni il şənliyi keçirilib - FOTO