Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin andiçmə və peşə fəaliyyəti dövründə fərqlənənlərin təltifolunma mərasimi keçirilir.
“İki sahil” xəbər verir ki, tədbir hər il dekabrın 28-də Azərbaycanda "Vəkil Günü" kimi qeyd edilən peşə bayramına həsr olunub.
Mərasimdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı, Baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.
Anar Bağırov: 2025-ci il ərzində VK-nın Rəyasət Heyətinə 893 şikayət daxil olub