Azərbaycan qadın futbolçulardan ibarət millisinin üzvləri yeni il ərəfəsində "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzini ziyarət ediblər.
"İki sahil" AFFA-ya istinadən xəbər verir ki, görüşdə Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva, millinin baş məşqçisi Siyasət Əsgərov, uşaq sığınacağının təsisçisi Kamalə Ağazadə və futbolçular iştirak ediblər. Tədbirin əsas məqsədi uşaqlara diqqət və qayğı göstərmək, eyni zamanda qadın futbolçuların sosial və xeyriyyə layihələrində fəal iştirakını nümayiş etdirmək olub.
Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir