26 dekabr 2025 17:03
92

Anklav, eksklav məsələləri də həllini tapacaq - Nazir

Azərbaycanla Ermənistan arasında anklav, eksklav məsələləri də öz həllini tapacaq.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bunlar diqqət mərkəzindədir.

Nazir həmçinin 2026-cı ildə də iki ölkə arasında delimitasiya prosesində inkişafa nail olunacağına inamını ifadə edib:

"Bu iş yalnız vaxtaşırı komissiyaların görüşündən ibarət deyil. Delimitasiya çox mürəkkəb prosessdir, burada siyasi həssaslıq, texniki detallıq məsələləri var. Əsas olan budur ki, ümumi yanaşma barədə razılıq əldə olunub, yəni mən prosesin şimaldan cənuba doğru həyata keçirilməsini nəzərə tuturam. Biz bilirik ki, delimitasiya prosesi hissə-hissə həyata keçiriləcək. Eləcə də anklav, eksklav məsələləri də öz həllini tapacaq, bunlar diqqət mərkəzindədir".