26 dekabr 2025 16:13
98

Ceyhun Bayramov: Türkiyə Ermənistanla münasibətlərində Azərbaycanla koordinasiyalı işləyir

Türkiyə Ermənistanla münasibətlərində Azərbaycanla koordinasiyalı fəaliyyət həyata keçirir.

“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabat tədbirində jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Türkiyə Azərbaycan üçün qardaş dövlət və müttəfiqdir:

"Bu münasibətlərin bənzəri yoxdur, çünki bunun bünövrəsində tarixi əlaqələr, dostluq, qardaşlıq dayanır. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinə çox həssas yanaşıb".

Nazir diqqətə çatdırıb ki, Türkiyə XİN başçısı Hakan Fidan da onların Ermənistanla münasibətlərinin Azərbaycanla Ermənistan münasibətlərinin irəliləyişindən asılı olduğunu deyib:

"Türkiyə və Ermənistan arasında uçuşlarla bağlı irəliləyişdən də məlumatlıyıq və heç bir problem yoxdur".