26 dekabr 2025 15:40
112

Prezident İlham Əliyevin Vaşinqton səfəri ikitərəfli münasibətlər kontekstində vacib əhəmiyyətə malik olub

Bu il ərzində ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamika müşayiət olunub.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin avqust ayında Vaşinqtona səfəri bu konteksdə vacib əhəmiyyətə malik olub:

"Həmin səfər çərçivəsində iki ölkə arasında anlaşma memorandumu imzalanıb, həmçinin bu səpkidə qarşılıqlı səfərlər baş tutub".